İmam Hüseyn adı, Əbu Abdullah[1][2] ləqəbi ilə məşhurdur.[3][4][5][6] Şiələrin üçüncü imamı, Kərbəla şəhidi, Kisa Səhabələrindən, Əli və Fatimənin ikinci oğlu və Məhəmmədin nəvəsidir.[7] Məhəmməd onu və qardaşı Həsən ibn Əlini cənnət gənclərinin ağası olaraq elan etmişdir. Siffeyn, Cəməl və Nəhrəvan döyüşlərində atasının yanında iştirak edərək, döyüşmüşdür. Qardaşı Həsənin imaməti və xilafəti dövründə onun yanında olmuş və Müaviyə həyatda olduğu müddətcə Həsənin sülh müqaviləsinə sadiq qalmışdır.